Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin TÜBİTAK UZAY qurumu tərəfindən hazırlanan GEZGİN-1 peykinin 2028-ci ilin son rübündə kosmosa buraxılması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, peyk yüksək ayırdetmə qabiliyyətinə malik çoxzolaqlı görüntüləmə və süni intellekt dəstəkli təsvir emalı imkanlarına sahib olacaq.
GEZGİN-1 kənd təsərrüfatı, ətraf mühit və dənizçilik sahələrində istifadə ediləcək.
Peykin bitkilərin sağlamlığının və kənd təsərrüfatı məhsuldarlığının təhlili, ekoloji dəyişikliklərin aşkarlanması, gəmi hərəkətinin izlənilməsi və dəniz təhlükəsizliyinə nəzarət kimi vəzifələri yerinə yetirməsi nəzərdə tutulur.
Bizim.Media