Türkiyənin yeni səfirindən İLK AÇIQLAMA

13.01.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə ilə Azərbaycanın “Bir millət, iki dövlət” şüarı ilə əməkdaşlığının, qardaşlığının və ittifaqının hər sahədə inkişafına davam edəcəyik.

Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün “X” səhifəsində yazıb.

O, həmçinin yeni təyinatı münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Qeyd edək ki, B.Akgün yanvarın 11-də Azərbaycana yeni səfir təyin olunub. O, fevralda vəzifəsinin icrasına başlayacaq.

Bundan əvvəl diplomat Türkiyə Maarif Fondunun sədri olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью