Türkiyəyə düşən PUA partladı: 4 evin şüşələri sındı Foto

29.11.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 29-u gecə saatlarında Türkiyənin Rizə vilayətinin Çayeli rayonunun Köprübaşı kəndinə düşən pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində ətrafdakı 4 evin şüşələri sınıb.
Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı məlumat saat 01:33 radələrində daxil olub. PUA Köprübaşı kəndindəki çay sahəsinə düşüb.
Partlayış nəticəsində ərazidə təxminən 70 kvadratmetr sahədə çuxur yaranıb, 300 metr məsafədə yerləşən 4 evin şüşələri qırılıb. Hadisə zamanı ölən və yaralanan olmayıb.
Jandarma və aidiyyəti qurumların əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüb. Xarici mənşəli olduğu bildirilən PUA-ya məxsus qanad və gövdə hissələri texniki araşdırma aparılması üçün toplanıb.


Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью