Türkiyəyə ən çox köç edənlər azərbaycanlılar olub

24.06.2025

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2024-cü ildə Türkiyəyə köç edənlərin sayı əvvəlki illə müqayisədə 0,6% azalaraq 314 min 588 nəfər olub. 


Sherg.az türk mediasına istinadən xəbər verir ki, onların 54,5%-i kişi, 45,5%-i qadındır. Köç edənlərin 103 min 732-si Türkiyə vətəndaşı, 210 min 856-sı isə əcnəbilərdir.

Eyni dövrdə Türkiyədən xaricə köç edənlərin sayı isə 424 min 345 nəfər təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 40,6% azalmadır. Onların 151 mini Türkiyə, 273 mini isə əcnəbi vətəndaşdır.

Ən çox köç 20-29 yaş arası insanlarda qeydə alınıb. Türkiyəyə ən çox köç edənlər azərbaycanlılar olub (9,9%). Türkiyədən ən çox İraq vətəndaşları (17,4%) köç edib.

Ən çox köç alan şəhər İstanbul olub – 32,8%. Eyni zamanda, ən çox köç verən şəhər də yenə İstanbuldur – 34%.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью