Türkiyəyə gedənləri nə gözləyir? Rəsmi xəbərdarlıq edildi

14.11.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İstanbulda noyabrın 14-də hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək və leysan yağışın təsirli olacağı gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin Fəlakət Koordinasiya Mərkəzi (AKOM) şəhər sakinlərinə hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Proqnoza görə, səhər saatlarında 18 dərəcə olan temperatur günorta saatlarından etibarən şimal küləyinin güclənməsi ilə 6-8 dərəcə azalacaq. Axşam temperaturun 14, gecə isə 10 dərəcəyədək enəcəyi bildirilir. Bakıda online alış-veriş

Günortadan sonra küləyin sürətinin saatda 30-60 kilometrə çatacağı, axşam saatlarından etibarən isə güclü göy gurultulu yağışın başlayacağı proqnozlaşdırılır. Yağıntının miqdarının hər kvadratmetrə 15-35 kiloqram olacağı gözlənilir.

Səlahiyyətlilər leysan, güclü külək və temperaturun qəfil enməsi nəticəsində yarana biləcək su basqını və nəqliyyatda problemlərə qarşı sakinləri ehtiyatlı olmağa çağırıb.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью