Türkiyəyə gələn rusiyalı turistlərin sayı 7 milyona çatacaq

29.10.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ildə Türkiyəyə gələn rusiyalı turistlərin sayı 7 milyona çata bilər.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Rusiyadakı səfiri Tanju Bilgiç deyib.

“Daha bir vacib sahə turizmdir. 2024-cü ildə ölkəmizə 6,7 milyon rusiyalı turist gəlib. Bu il isə bu rəqəmin 7 milyona çatacağını gözləyirik”, - deyə diplomat bildirib.

Bilgiç həmçinin əlavə edib ki, Rusiyaya səfər edən türkiyəli turistlərin sayı hər keçən gün artmaqdadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью