Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycanla qardaş Türkiyə arasında çox sıx müttəfiqlik münasibətləri qurmuşuq” Türkiyəyə böyük investisiyalar yatırmışıq.
Türkiyəyə investisiyalarımız 20 milyard ABŞ dollarından çoxdur”.
AYNA.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında deyib.
Dövlət başçısı Azərbaycanın Gürcüstanın da ən böyük investorlarından olduğunu bildirib.
“TRIPP layihəsi ilə biz Asiyadan Xəzər dənizi üzərindən, Azərbaycan, Ermənistan, Azərbaycanın bir hissəsi olan Naxçıvan, Türkiyə və Gürcüstandan keçən mövcud dəhlizlərə əlavə olaraq yeni bir nəqliyyat dəhlizi yaradacağıq.
Beləliklə, marşrutlar nə qədər çox olarsa, istehlakçılar, təchizatçılar, tranzit ölkələr üçün bir o qədər yaxşıdır.
Beləliklə, biz bir ölkə olaraq həmişə regional gündəliyimizə diqqət yetiririk”, – deyə dövlət başçısı vurğulayıb.