Türkiyəyə məxsus gəmi husilərin hücumuna məruz qalıb AZƏRTAC

21.11.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İstanbul, 21 noyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyəyə məxsus və Panama bayrağı altında üzən quru yük gəmisi Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilərin hücumuna məruz qalıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Mətndə bildirilib ki, “Anadolu S” gəmisi noyabrın 20-də Yəmən sularında hərəkətdə olduğu zaman husilər tərəfindən raket hücumuna məruz qalıb.

Nazirlik bənzər hadisənin təkrar meydana gəlməməsi üçün zəruri tədbirlərin görülürdüyünü bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью