Türkiyəyə qarşı gizli razılaşma: İran onları meydana atdı | Icma.az
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İran PKK-nın Suriyadakı qanadına 1500 kamikadze dron göndərməyi planlayıb.
Məqsəd onların Suriyanın şimal-şərqində Türkiyə dəstəkli qüvvələrlə döyüşməsini təmin etməkdir”.
Turkustan.az xəbər verir ki, bunu erməni iranşünas Vardan Oskanyan deyib.
O, Tehranın kürdlər vasitəsilə Suriyada yenidən hərəkətə keçdiyini bildirib: “Artıq 1500 dronun verilməsi ilə bağlı razılığa gəlinib, lakin bu baş tutmayıb.
Əgər xəbər doğrudursa, o zaman Suriyada çoxdandır danışdığımız anti-Türkiyə məzmunlu kürd-İran əməkdaşlığı açıq şəkidə müşahidə edilir deməkdir.
Bəşər Əsəddən sonra ərazidə faktiki məsuliyyət Ankaranın üzərinə düşdü, Türkiyə prosesin dərinliklərinə irəliləyir”.
İranın HƏMAS və “Hizbullah” kimi proksilərinin son zamanlarda çətin vəziyyətə düşməsindən sonra Suriyada itirdiyi gücünü PKK vasitəsilə əldə etməyə çalışdığı iddia olunur.
Tam oxu
Xəbəri oxu