futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuenta DÇ-2026-nın seçmə mərhələsində Türkiyəyə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:2 hesabıyla bitən matçdan sonra qrup birincisi kimi dünya çempionatına vəsiqə qazanmaları haqda bunları deyib:
“Final mərhələsinə vəsiqə qazandığımız üçün çox şadam. Əldə etdiyimiz nəticələr uğurlu seriyamızın davamıdır. Məhz belə mundiala yollanmaq çox xoşdur.
Türkiyəyə qarşı oynamaq çətindir. Bu gün bunu bir daha hiss etdik. Çətinlik yaşadıq və bəzən bunu hiss etmək lazımdır. Sıx qrafikdə qələbələri sıralamaq çox çətindir”.