Türklər Bakıda: U 21 onlara tapşırılır?

20.01.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Türkiyə millisinin sabiq üzvü, məşqçi Fatih Təkkə, tanınmış mütəxəssis, Türkiyənin U-21 yığmasının sabiq baş məşqçisi Tolunay Kafkas və qapıçılar üzrə məşqçi Mətin Aktaş Azərbaycanda səfərdədi. Onlar Bakıda “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olublar. Qonaqlara Təlim-Məşq Mərkəzində yaradılmış şərait barədə məlumat verilib.

Görəsən, türkiyəlilər AFFA-nın dəvəti ilə gəlib, yoxsa hansısa başqa qurumun? Bəlkə U-21-i türklərə tapşırırlar? Bu sualları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:

“Fatih Təkkə AFFA-nın dəvətinə əsasən Azərbaycana gəlib. Türkiyəli mütəxəssislə futbolun müxtəlif sahələrinin inkişafına dair fikir mübadiləsi aparılıb. Hazırda hansısa bir vəzifəyə təyinatdan söhbət getmir”.


ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью