Türklər bizi pozmayıb , bizi pozan sosial şəbəkələrdir Tarixçi

02.02.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Əxlaqi dəyişikliklərin səbəbini təkcə türklərlə əlaqələndirməyi doğru hesab etmirəm. Bu gün artıq internetə geniş çıxışımız var və informasiya sərhədləri demək olar ki, mövcud deyil. Əxlaq məsələləri isə hər şeydən əvvəl ailə tərbiyəsinə əsaslanır”.
Bunu Demokrat.az-a açıqlamasında AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev deyib. 
İlqar Niftəliyevin sözlərinə görə, əxlaq məsələləri hər şeydən əvvəl ailə tərbiyəsinə əsaslanır və baş verən prosesləri hansısa konkret bir xalqın və ya ölkənin üzərinə yıxmaq obyektiv yanaşma deyil. Hazırda sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrildiyini vurğulayan ekspert, insanların istədikləri məzmuna maneəsiz çıxış əldə etdiyini qeyd edib. Belə bir qlobal mühitdə dəyişikliklərin səbəbini yalnız bir tərəfdə axtarmaq sadəlövhlükdür.
“Hazırda sosial şəbəkələr çox geniş yayılıb. Demək olar ki, hər kəsin əlində telefon var və insanlar istədikləri məzmuna asanlıqla çıxış əldə edirlər. Bu şəraitdə baş verən dəyişiklikləri yalnız bir tərəflə əlaqələndirmək sadəlövhlük olar. Dünyaya açıq bir mühitdəyik. Kim nəyi görürsə, ondan təsirlənir və götürür. Türk serialları məsələsinə gəlincə, onlar da bu geniş informasiya axınının sadəcə bir hissəsidir. Bütün məsuliyyəti serialların və ya konkret bir millətin üzərinə atmaq əvəzinə, problemi daha geniş və obyektiv şəkildə dəyərləndirmək lazımdır. Mən tarixçiyəm və türk seriallarına baxmıram. Ümumiyyətlə, kinolarda göstərilənlərin bir çoxu rejissorların öz təxəyyülünün məhsuludur və reallıqla üst-üstə düşmür.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Türk seriallarındakı qeyri-etik səhnələr müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə iddia edilir ki, bu kimi seriallar gənclərin tərbiyəsinə mənfi təsir edir. Hansı ki, sözügedən seriallarla bağlı Türkiyənin özündə də ciddi narazılıqlar var.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью