Türklər dərhal ölkəmizi tərk etməlidirlər General

11.09.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bütün türklər çantalarını yığmalı və ölkəni tərk etməlidir.

Axar.az xəbər verir ki, bunu Uqanda Baş Qərargah rəisi Muhuzi Kayneruqaba özünün X səhifəsində yazıb.

“18 sentyabrda Türkiyə səfirliyinin qarşısında böyük bir nümayiş keçiririk. Nümayişdən məsul qurumlar yaxşı iş görməlidirlər. Əmrlərim çox aydındır və onlara qarşı çıxan bütün türk agentlərini həbs edəcəyik.

Türklər Uqandanı ən qısa müddətdə tərk etməlidirlər. Mən artıq Uqandadakı türklərlə bütün əlaqələri kəsmişəm. Onlar çantalarını yığıb ölkəmizi ən qısa müddətdə tərk etməlidirlər”, - o bildirib.

Qeyd edək ki, Kayneruqaba İsrailə “xüsusi sevgisi” ilə seçilir. Bir müddət əvvəl o, Türkiyədən “1 milyard dollar və ölkənin ən gözəl qadınını” tələb etmişdi. Lakin qısa müddət sonra paylaşımını silmiş və Türkiyəyə sevgisini izhar etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью