Türklərin hüquqları niyə yada düşmür? KONKRET

14.10.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranda yaşayan milyonlarla türkün ana dilində təhsil almaq hüququ, milli kimliyini qorumaq imkanları və dil azadlığı məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Bu fonda Azərbaycanda dini azadlıqlarla bağlı səsləndirilən fikirlərlə İranda türklərin üzləşdiyi iddia olunan məhdudiyyətlər arasında müqayisələr aparılır. Mövzu ətrafında müzakirələr isə ikili standartlar və insan hüquqlarına münasibət məsələsini gündəmə gətirir.

KONKRET.az xəbər verir ki, “Tractor F.C” səhifəsində bu məsələ ilə bağlı maraqlı yazı paylaşılıb.

Həmin məqaləni təqdim edirik:

“Müsəlman ölkəsində hicab qadağası ola bilməz, amma türk düşmənçiliyi mümkündür.

İranda 40 milyona yaxın türk yaşayır. Lakin onlar 100 ildən artıqdır ki, öz tarixi torpaqlarında ana dillərində təhsil almaq hüququndan məhrumdurlar. Məktəblərdə türk dilində təhsil qadağandır, insanların öz ana dillərində danışmasına maneələr yaradılır.

Heç kim uşağına türk dilində ad qoya, şirkətinə, mağazasına və ya digər müəssisəsinə türk dilində ad verə bilmir. Yalnız fars və ərəb dillərində olan adlara icazə verilir. Hətta prezidentin belə öz ana dilində danışmasına çətinliklə imkan yaradılır.

Amma Azərbaycanda bir həftədir hicab qadağası olduğu iddia edilir deyə, hamınız öz qardaşlarınıza qarşı düşmən mövqeyi tutmusunuz.

İranda yüz ildən artıqdır ki, müsəlman türklərə qarşı assimilyasiya siyasəti həyata keçirilir, amma bu barədə heç biriniz səsinizi çıxarmırsınız.

Əgər müsəlmanların hüquqları sizin üçün bu qədər vacibdirsə və insanlıqdan bu qədər danışırısınızsa, bəs buradakı insanlar müsəlman deyilmi?

Niyə söhbət İrandan gedəndə susursunuz?”, – yazıda vurğulanıb.

Natiq Səlim

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью