Türkməneli dövlətinin də yarana bilmə ehtimalı böyükdür

09.12.2024

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə dəstəkli qüvvələrin Suriyanın Əsəd rejimindən azad etməsindən sonra orda yaşayan insanlara yardım üçün Türkiyədən yardım maşınları yola düşüb. Hələb və digər ərazilərdə daha çox türkmənlərin yaşadığını, Qarabağ müharibəsində türkmənlərin Azərbaycana dəstəyini nəzərə alaraq bizim dövlətin yardım
kampaniyası başlaması yaxşı olardı.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib

Onun sözlərinə görə, artıq Əsəd rejiminin Suriyada hakimiyyəti başa çatıb. Buna görə də Azərbaycanın yardımı heç bir hüquqi president yaratmır, əksinə bu, Azərbaycan dövlətinin öz soydaşlarına yardımı olacaq. Bu yardım yaxşı olardı ki, Bakıdan avtomobil karvanı şəklində yola düşərdi və bütün dünya Azərbaycanın türkmənlərin yanında olduğunu görərdi. Əsas yardımı təyyarə ilə etmək olar:

"Azərbaycan bununla Türkiyənin yanında olduğunu, onun siyasətini dəstəklədiyini göstərmiş olardı. Bu, Azərbaycanın türkmən qardaşlarına mənəvi dəstəyi olardı. Bundan sonra artıq Türk dünyası daha da genişlənər. Tezliklə Türkməneli dövləti də yarana bilmə ehtimalı böyükdür".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью