Türkmənin böyük şairi | Icma.az
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. Məhtimqulu Fəraqi – 300 Məhtimqulu Fəraqi ümumtürk ədəbiyyatına şərəf və şan gətirən parl
Dünyaca məşhur şairin poetik irsi və fəlsəfəsi bu gün də özünün təzə-tərliyi ilə seçilir, sabah da belə olacaq.
2024-cü ildə görkəmli türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyi səbəbilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2024-cü ilin “Məhtimqulu İli” elan edilib.
Bu kimi qərarlarla türk mədəniyyətinin görkəmli şəxsiyyətləri öz örnək həyatları və qoyub getdikləri ölməz əsərləri ilə yeni nəsillərə tanıdılır.
Məhtimqulu Fəraqi 1724-cü ildə Türkmənistanın Gürgən şəhəri ətrafındakı Hacı Qovşan kəndində ziyalı ailəsində anadan olub.
Məşhur türkmən şairi Dövlətməmməd Azadinin (1700–1760) oğludur.
Məhtimqulu gənclik illərində Şərqdə elm və mədəniyyət mərkəzləri kimi tanınan Buxara və Xivə mədrəsələrində mükəmməl təhsil alıb.
Sonra Əfqanıstana və Hindistana, Özbəkistanın Margilan, Əndican, Səmərqənd şəhərlərinə gedib.
Tam oxu
Xəbəri oxu