Türkmənistan milli süni intellekt strategiyası hazırlayır

02.02.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkmənistan baş nazirinin müavini Məmmədxan Çakıyev hökumətin iclasında iqtisadi rəqəmsallaşmanın inkişafı və innovativ texnologiyaların tətbiqi ilə bağlı hesabat təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TDH agentliyi məlumat verib.

2026-2028-ci illər üçün Rəqəmsal İqtisadiyyatın İnkişaf Konsepsiyasının bir hissəsi olaraq Dövlət Proqramı layihəsi və onun həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb. Bu sənədlər rəqəmsal iqtisadiyyata keçidi, milli süni intellektin inkişaf strategiyasının hazırlanması, müxtəlif sektorlarda süni intellektin tətbiqi, mütəxəssislərin təlimi və peşəkar inkişafını nəzərdə tutur.

Baş nazirin müavini müvafiq layihəni də təqdim edib. Hesabatı dinlədikdən sonra Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov sənədi imzalayıb və rəqəmsal texnologiyaların inkişafı üzrə işlərin davam etdirilməsini tapşırıb./Teleqraf 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью