Türkmənistan Prezidenti Putini seçkilərlə bağlı təbrik etdi

22.09.2026

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Rusiya Prezidenti Vladimir Putini Dövlət Dumasına keçirilən seçkilərin uğurla başa çatması münasibətilə təbrik edib.

Doğru.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Putin də Sərdar Berdiməhəmmədovu ad günü münasibətilə təbrik edib.

Söhbət zamanı həmçinin oktyabrın əvvəlində Türkmənistan Prezidentinin sədrliyi ilə keçirilməsi planlaşdırılan MDB Dövlət Başçıları Şurasının iclasına hazırlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Putini Dövlət Dumasına seçkilərin keçirilməsi münasibətilə təbrik ediblər.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью