Türkmənistan Prezidentinin yeni kitabı təqdim edildi

10.12.2025

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun “Türkmənistanın neytrallığı: Sülh və etimada parlaq yol” adlı yeni kitabı təqdim edilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.

Bildirilib ki, doqquz bölmədən ibarət kitab Türkmənistanın neytral statusunun əhəmiyyətini ortaya qoyur və onun dövlət siyasətinin mühüm elementi kimi rolunu nümayiş etdirir. Müəllif neytral statusun formalaşması mərhələləri və onun hüquqi əsaslarını ətraflı araşdırıb, onun əsasında duran humanist dəyərləri vurğulayıb.

Kitabın yekun bölməsində ölkənin beynəlxalq təşəbbüslərinin xronologiyası, prezidentin qlobal forumlardakı müraciət və çıxışları, ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində bağlanmış sənədlər və sazişlər yer alıb.

Kitab türkmən, rus və ingilis dillərində nəşr olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью