Türkmənistan Silahlı Qüvvələrinin hərbi paradı keçiriləcək

05.09.2026

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Türkmənistan Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı ordu generalı Sərdar Berdiməhəmmədov Dövlət Təhlükəsizlik Şurasının iclasını keçirib.

"AzPolitika" xəbər verir ki, iclasda bu ilin yanvar-avqust ayları ərzində hərbi-hüquq-mühafizə orqanlarının fəaliyyəti nəzərdən keçirilib.

Dövlət Təhlükəsizlik Şurasının katibi və müdafiə naziri B.Gündoğdıyev Silahlı Qüvvələrdə görülən işlərin gedişi, şəxsi heyətin yenidən hazırlanması, xidmət imkanlarının genişləndirilməsi və hərbçilərin sosial problemlərinin həlli tədbirləri barədə məlumat verib.

Ölkənin müstəqilliyinin 35-ci ildönümü münasibətilə keçiriləcək hərbi parada hazırlıq işlərinə xüsusi diqqət yetirilib.

Müdafiə Nazirliyinin rəhbərliyinə bir sıra konkret tapşırıqlar verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью