Icma.az bildirir, Yenisabah portalına istinadən.
Baş nazir Əli Əsədov Türkmənistana səfər edəcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla telefon danışığı zamanı bildirib.
Dövlət başçısı dekabrın 12-də Azərbaycanda Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməcəyini qeyd edib, həmin tədbirlərdə Azərbaycanın Baş nazirinin iştirak edəcəyini vurğulayıb.