Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Yaxın günlərdə Heydər Əliyev Fondu və Qurbanqulı Berdımuhamedov adına Qayğıya Ehtiyacı olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondu tərəfindən Türkmənistanda MAMA “Ana təbiət” adlı Beynəlxalq sərginin açılışı baş tutacaqdır”.
525.az xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurban Elyasov deyib.
O qeyd edib ki, sərgi noyabrın ortalarına qədər Türkmənistanda nümayiş olunacaqdır.
Diplomat əlavə edub ki, Türkmənistan ilə Azərbaycan arasında mühüm layihələrdən biri Füzuli şəhərində məscidin tikintisidir.
O bildirib ki, bu ilin sonunda, yaxud gələn ilin əvvəlində bu məscidin açılış mərasiminin keçirilməsi nəzərdə tutulub.
Pərvanə Sultanova