Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

07.10.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 oktyabr, AZƏRTAC

Türkmənistanın “Avaza” milli turizm zonasında qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir.

AZƏRTAC türkmən mediasına istinadla xəbər verir ki, tədbirdə Azərbaycan, Rusiya, Mərkəzi Asiya ölkələri, BMT və digər beynəlxalq təşkilatların, habelə qanunvericilik orqanlarının, diplomatik missiyaların, ekspert icmalarının nümayəndələri iştirak edirlər.

Gündəlik “Qadınlar, sülh və təhlükəsizlik” adlı qlobal proqramın əsas aspektlərini, qadınların profilaktik diplomatiyada iştirakını və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini əhatə edir. İştirakçılar dövlət idarəçiliyində, sosial-iqtisadi sahədə və sülhməramlı proseslərdə bərabər imkanları təmin edən hüquqi mexanizmləri müzakirə edirlər.

Konfrans iştirakçılarının yekun tövsiyələri və təklifləri qadınların hüquqi müdafiəsinin daha da genişləndirilməsinə, onların beynəlxalq əməkdaşlığa fəal cəlb olunmasına və davamlı sülh təşəbbüslərinin təşviqinə yönələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью