Türkmənistanda şagird və tələbələrə bayram qadağası: Küçəyə çıxmaq olmaz | Icma.az
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir. Türkmənistanda şagird və tələbələrə Yeni ili qeyd etmək yasaqlanıb.
“Cebheinfo.az” Azadlıq Radiosunun türkmən xidmətinə istinadən bildirir ki, hakimiyyətin təşkil etdiyi Yeni il tədbirlərinə qatılmaqsa məcburidir.
"Tələbələrə Yeni il axşamı kafedə, yaxud evdə şənlik təşkil etməyəcəklərinə, eləcə də şəhəri gəzməyə çıxmayacaqlarına dair yazılı öhdəlik imzalatdırıblar", - xidmətin qaynaqlarından biri deyib.
Yasağı pozanlar təhsil aldığı universitetdən qovula bilər. "Ötənilki təcrübədən bilinir ki, əsasən, yuxarı kurs tələbələrini qorxutmaq üçün
Şagirdlərə isə hələ noyabrda xəbərdarlıq edilib. Bu yasaq barədə bilgi verən müəllimlər Təhsil Nazirliyinin bir sərəncamını əsas gətirir.
Bütövlükdə ölkədə Yeni ilin keçirilməsinə hazırlıq işləri gedir.
Keçən il dövlət müəssislərinə Yeni il ağacını quraşdırmaq, məktəb və uşaq bağçasında Yeni il tədbirləri keçirmək yasaqlanmışdı.
Bayramla bağlı məhdudiyyətlər Sərdar Berdiməhəmmədov prezident olandan bəri tətbiq olunmağa başlanıb.
Tam oxu
Xəbəri oxu