Türkmənistanda toyda müğənniyə hərəkət onu əsəbləşdirdi (Video)

15.08.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkmənistanda toy məclislərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, kadrlarda toyda çıxış edən xanım müğənniyə qarşı edilən hərəkət diqqət çəkib. Məclisdə qonaq olan kişi sənətçini qucağına alıb və ifaçının bu hərəkətə  əsəbiləşdiyi və vəziyyətə sərt reaksiya verdiyi görülüb.

Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər hadisə ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. Bir sıra izləyicilər müğənniyə qarşı davranışı birmənalı qarşılamayıb və buna etiraz ediblər.

Məclis iştirakçıları isə aranı sakitləşdirməyə çalışıblar.

Sözügedən kadrlar qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müzakirə mövzusuna çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью