Türkmənistandakı tədbirlərdə Azərbaycanı Baş nazir təmsil edəcək

11.12.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı tədbirlərdə Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla telefon söhbəti zamanı deyib.

Prezident dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməyəcəyini bildirib, həmin tədbirlərdə Azərbaycanın Baş nazirinin iştirak edəcəyini vurğulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью