Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycanda Atatürk Mərkəzində görkəmli türkoloq, mərhum dilçi-alim Mədəd Çobanovun xatirəsinə həsr olunmuş “Dədəmiz Dədə Mədəd” publisistik toplusunun təqdimat mərasimi keçirilib.
Tədbiri Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbiyyatşünas və publisist Əsəd Cahangir açaraq kitabın əhəmiyyətindən danışıb.
Filologiya elmləri doktoru, professor Salidə Şərifova “Akademik Mədəd Çobanov - Türk ədəbi dillərinin tədqiqatçısı”
mövzusunda məruzə ilə çıxış edib. O, alimin Azərbaycan ədəbi dilinin, dialektologiyasının, onomastikanın və ümumtürkologiyanın inkişafına verdiyi töhfələri diqqətə çatdırıb.
Milli Məclisin deputatı, professor Elman Nəsirov, tarix elmləri doktoru, professor Nurulla Əliyev, professor Minəxanım Təkləli və digər çıxışçılar alimin uzun illər ali hərbi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisinin təşkili, dil və nitq mədəniyyəti üzrə dərslik və proqramların hazırlanması ilə bağlı gördüyü işləri vurğulayıblar.
XQ