TÜRKPA nın MDB PA da mümkün müşahidəçi statusu alması məsələsi müzakirə olunub

27.01.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyası çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv Dövlətlərinin Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski ilə görüşüb.

TÜRKPA-dan AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı TÜRKPA-nın fəaliyyəti, 2008-ci ildən etibarən həyata keçirilən layihələr, regionda və qlobal miqyasda mövcud siyasi proseslər, habelə müasir çağırışlar və mövcud münaqişələrin həllində parlament diplomatiyasının rolu ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, gələcəkdə MDB Parlamentlərarası Assambleyası ilə TÜRKPA arasında mümkün əməkdaşlıq perspektivləri, o cümlədən TÜRKPA-nın MDB PA-da mümkün müşahidəçi statusu alması məsələsi müzakirə olunub.

MDB-nin üzv Dövlətlərin Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski öz növbəsində TÜRKPA Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi təşkilatın aktiv fəaliyyətini yüksək qiymətləndirib. O, parlament diplomatiyası sahəsində əməkdaşlığın, mövcud təcrübə mübadiləsinin genişləndirilməsinin, habelə sülhün, təhlükəsizliyin, sabitliyin və dost ölkələr arasında münasibətlərin inkişafına xidmət edən birgə təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb, bu istiqamətdə təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın faydalı ola biləcəyini qeyd edib.

Tərəflər yaxın gələcəkdə TÜRKPA ilə MDB Parlamentlərarası Assambleya Şurası arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə inkişaf etdirilməsi, eləcə də qarşılıqlı səfərlərin mümkünlüyü məsələsini nəzərdən keçiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью