TÜRKPA nın plenar iclasının vaxtı açıqlandı

06.06.2025

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İyunun 11-12-də Astana şəhərində Qazaxıstan Respublikası Parlamentinin ev sahibliyi ilə TÜRKPA-nın “Türk Əsri: parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclası keçiriləcəkdir. SİA xəbər verir ki, 14-cü plenar iclasda üzv və müşahidəçi dövlətlərin parlament nümayəndə heyətlərinin, o cümlədən beynəlxalq təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələrinin iştirakı gözlənilir. 14-cü plenar iclas çərçivəsində, həmçinin Assambleya Şurasının iclası, Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun iclasları, TÜRKPA üzv parlamentlərinin baş katiblərinin iclası keçiriləcəkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью