Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aprelin 15-də Milli Məclisdə TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclası keçirilib.
İclas “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusuna həsr olunub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev ölkə Prezidenti İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur.
Bizim ailəmiz Türk dünyasıdır” ifadəsinin önəmini qeyd edərək türk dövlətlərinin siyasi, iqtisadi, təhlükəsizlik baxımından təşkilatlanmasının vacibliyindən danışıb.
Bildirilib ki, türk dövlətləri ilə bütün sahələrdə, o cümlədən parlament səviyyəsində əlaqələrin güclənməsi ölkəmizin prioritet məsələlərindəndir.
Bu gün dünyada inkişafın, sülhün və təhlükəsizliyin təmin edilməsində türk dövlətləri birliyi əsas güc strukturlarından biridir.
Komitə sədri TÜRKPA-nın mühüm platforma kimi strateji hədəflərin həyata keçirilməsində önəmli addımlar atdığını, üzv dövlətlərin parlamentləri arasında əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verdiyini söyləyib.