Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə TÜRKSOY-un Baş katibi, görkəmli qırğız xalq yazıçısı Sultan Raevin Azərbaycan türkcəsinə tərcümə edilmiş "Daşqın" kitabının təqdimatı keçirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bakupost.az xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, Fond ümumtürk irsinin, xüsusilə maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması istiqamətində fəaliyyət göstərir.
Rəbiqə Nazimqızının tərcümə etdiyi bu kitab Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış 17-ci nəşrdir.
Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, deputatlar, Qırğızıstan səfirliyinin, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.