TÜRKSOY Faiq Ələkbərliyə medal verdi FOTO

04.11.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Beynəxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Türk dünyasının mədəniyyətinə və sənətinə etdiyi xidmətlərinə görə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlini məşhur türkoloq Armin Vamber medalı ilə təltif edib.

Modern.az xəbər verir ki, AMEA-nın 80 illik yubileyi münasibətilə gerçəkləşən beynəlxalq elmi tədbir çərçivəsində medalın Faiq Ələkbərliyə təqdim olunması TÜRKSOY-un baş katibi Sultan Raev və AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tərəfindən gerçəkləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью