TÜRKSOYa üzv ölkələrin məktəbliləri arasında keçirilən rəsm və inşa müsabiqələrinin qalibl…
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq. Türk dünyasının ortaq dəyərlərini və mədəni irsini məktəbli gənclər arasında tanıtmaq
Dekabrın 9-da Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində müsabiqə qaliblərini mükafatlandırma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə gənc rəssamların sərgilənən rəsm əsərləri ilə tanış olublar.
Tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev Türk dünyasının gələcəyinin memarları olacaq gənclərə xüsusi diqqət yetirildiyini vurğulayıb.
O, bu istiqamətdə həyata keçirilən layihələrin gənclərin milli dəyərlərə və incəsənətə marağını artırmağı hədəflədiyini bildirib.
Sultan Raev TÜRKSOY tərəfindən Türkmənistanın Anev şəhərinin 2024-cü il üçün “Türk dünyası mədəniyyət paytaxtı” elan edildiyini və böyük türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi münasibətilə xüsusi tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
O, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Türkiyədən məktəblilərin qatıldığı müsabiqələrin gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq və milli dəyərləri gələcək nəsillərə çatdırmaq baxımından əhəmiyyətli hesab edildiyini qeyd edib.
TÜRKSOY-un Baş katibi diqqətə çatdırıb ki, görkəmli türkmən şairi Məhtimqulu Fəraqini əks etdirən kompozisiya və “Türk dünyası və Türkmənistan gənc rəssamların gözü ilə” mövzusunda keçirilən rəsm müsabiqəsi gənclərin mədəni irsə olan marağını artırmaqla yanaşı, Türk dünyasının vəhdətinə xidmət edən mühüm addımlardandır.
Tam oxu
Xəbəri oxu