Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstanın Türküstan şəhərində maraqlı və qeyri-adi hadisə yaşanıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, sahibi tərəfindən nəzarətsiz vəziyyətdə saxlanılan avtomobilə açıq pəncərədən pişik daxil olub. Heyvanın təsadüfən pedala basması nəticəsində avtomobil hərəkətə gəlib və yaxınlıqdakı beton hasara çırpılıb.
Hadisədən sonra pişik avtomobildən çıxaraq ərazini tərk edib. Qəza nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəymədiyi, avtomobilin yalnız cızıldığı bildirilib.
Hadisə anını əks etdirən görüntülər də yayılıb. Kadrlarda avtomobil sahibinin pişiyə təpik vurmağa cəhd etdiyi görünür. Onun bu davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)