“Turnir cədvəli bəzən insanları aldadan şeydi” bunu kim dedi? | Icma.az
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Futbol üzrə ölkə çempionatının 2-ci liqasında 13-cü tura yekun vurulub.
Turun ən gözlənilməz hesablarından biri “Dinamo” – “Ağdaş” oyununda (3:4) qeydə alınıb.
“Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynov sürpriz qələbə ilə bağlı “Football-plus.az”a danışdı: “Turnir cədvəli bəzən insanları aldadan şeydi.
Komanda haqda danışılacaq çox şey var. Keyfiyyət baxımından çox komandadan üstünük. Şəraitsizliyə görə bu vəziyyətdəyik.
Oyundan-oyuna yığışırıq, hansısa məşq keçmirik. Bəzi mövqelərdə oyunçumuz yoxdu. Əsas da qol silahımız, yəni hücumçumuz yoxdu.
Çox yersiz xallar itirmişik. O xalları itirməsəydik, turnir cədvəlində fərqli mövqeydə olardıq.
Fasilədən sonra son üç oyunda məğlub olurduq. Komanda normal vəziyyətdə idi və nəticələrdən razıydıq.
Tam oxu
Xəbəri oxu