Turnir cədvəlində qonşu komandaların dueli

29.11.2024

Icma.az bildirir, sport24.az portalına istinadən.

Bu gün Premyer Liqada XV tur start götürəcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması "Liv Bona Dea Arena"da keçiriləcək.

Ev oyunlarını Mərdəkanda keçirən "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edir. Turnir cədvəlində qonşu olan komandaların dueli maraqla gözlənilir. Naxçıvan təmsilçisi qalib gələcəyi halda 3-cü yerdə gedən ən yaxın izləyicisindən bir qədər də aralanacaq. Bu üzdən tovuzlular səfərdə oynasalar belə, meydana 3 xal üçün çıxmaq məcburiyyətindədi. Bu tur ərəfəsində Elmar Baxşıyevin komandasının aktivində 33 xal varsa, qərb təmsilçisində bu göstərici 27-di.

Qeyd edək ki, Cavid Cəlilovun ədaləti qoruyacağı qarşılaşmanın start fiti saat 16:00-da səslənəcək.

Misli Premyer Liqası

II dövrə, XV tur

16:00. "Araz-Naxçıvan" - "Turan Tovuz"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Yavər Rəhimov
Mərdəkan. "Liv Bona Dea Arena".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью