Turnirin ən güclü iki komandası finaldadır

18.07.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Turnirin ən güclü iki komandası finaldadır"

FİFA prezidenti Canni İnfantino DÇ-2026-nın Argentina - İspaniya finalı barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, "Marca" nəşrinin məlumatına görə, qurum rəhbəri həlledici qarşılaşmanın dünya futbolu üçün möhtəşəm hadisə olacağını bildirib:

"Bu final futbol tanrılarının hədiyyəsidir. Meydanda Messi, Lamin Yamal və digər möhtəşəm futbolçular olacaq. Bu, inanılmazdır".

İnfantino finala yüksələn komandaların bunu tam haqq etdiyini vurğulayıb.

"Onlar turnirin ən güclü iki komandasıdır. Finala layiq olduqlarını əla oyunları ilə sübut etdilər. Buraya gəlmək heç də asan olmadı. Mundialda 48 komanda iştirak etdi, çox maraqlı oyunlar və son dərəcə çətin mübarizə izlədik. Final əsl atəşfəşanlığa bənzəyəcək. İnanılmaz atmosfer olacaq. Dünya sanki dayanacaq və üç milyard insan bu dünya çempionatının necə başa çatacağını izləyəcək".

Qeyd edək ki, DÇ-2026-nın Argentina - İspaniya finalı iyulun 19-da Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью