Turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya veriləcək

20.08.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycanda turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya verilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Əsas icraçı orqan Dövlət Turizm Agentliyi (DTA), digər icraçılar İqtisadiyyat və Maliyyə nazirlikləridir.

Sənədə əsasən, 2027-ci ilədək subsidiya şərtlərinin müəyyən edilməsi, normativ hüquqi akt layihələrinin hazırlanması və təsdiqlənməsi, subsidiya mexanizminin tətbiqinə başlanılması nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью