Turşu hazırlayarkən yıxıldı Əlindəki bıçaqla xəsarət aldı

29.09.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onun qarın boşluğuna batıb.

O, dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

İlkin məlumata görə, 24 yaşlı şəxs yaxın qohumları ilə evdə turşu hazırlayırmış.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью