Turun mərkəzi oyununda kim sevinəcək?

25.10.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

Misli Premyer Liqasının 9-cu turuna Mərdəkanda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Sabah" "Qarabağ"ı qonaq edir.

Çempionluğa iddialı bu komandaların oyunu böyük maraqla gözlənilir. Hər iki kollektiv rəqibləri ilə müqayisədə bir oyun az keçirsə də, ilk "üçlük"də qərarlaşıblar. Meydan sahibləri 19 xalla 1-ci, 17 xalı olan qonaqlar isə bu görüş ərəfəsində 3-cü yerdədir.  "Bayquşlar" bu gün qalib gələcəyi təqdirdə zirvədə yerini bir qədər də gücləndirəcək. Qonaqlar meydandan 3 xalla ayrılacağı halda isə ilk pilləyə yüksələcək. 

Görüşü maraqlı edən məqamlardan biri də oyunun Mərdəkanda keçirilməsidir. "Sabah" ilk dəfə rəqibini "Sabah Arena"da qəbul edəcək.

Qeyd edək ki, Misli Premyer Liqasında 10-cu turun oyunlarına oktyabrın 30-da start veriləcək.  

Misli Premyer Liqası

I dövrə, IX tur

18:00. "Sabah" - "Qarabağ"

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev
VAR: Kamranbəy Rəhimov 
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov 
AFFA nümayəndəsi: Erkin Hüseynov
Mərdəkan. "Sabah Arena".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью