Turun mərkəzi qarşılamasında kim sevinəcək?

02.02.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında XXI tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, 21-ci həftənin son oyun günündə lider "Qarabağ" "Zirə"nin qonağı olacaq.

Aktivində 50 xal olan ağdamılılar hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Bakıətrafı qəsəbə təmsilçisi isə 36 xalla 3-cüdür. Oyunun yekun nəticəsindən asılı olmayaraq, heç bir komandanın mövqeyində dəyişiklik olmayacaq. Qurban Qurbanovun yetirmələri qalib gələcəyi təqdirdə ikinci yerdəki "Araz-Naxçıvan"la xal fərqini artıracaq. "Zirə" isə 3 xal qazanacağı halda "Turan Tovuz"dan bir qədər aralana biləcək. 

Qeyd edək ki, oyunun start fiti saat 19:00-da səslənəcək. 

Misli Premyer Liqası

XXI tur, III dövrə

19:00. "Zirə" - "Qarabağ"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə. İdman Kompleksinin stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью