Turun son oyununa doğru: statistika nə deyir?

16.12.2024

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasında bu gün XVII tura yekun vurulacaq.”Qarabağ” azarkeşləri önündə “Sumqayıt”ı qəbul edəcək.

FutbolPress“in məlumatına görə, Qurban Qurbanovun yetirmələri çempionatda son 5 oyunda 2 heç-heçə edib, 3 dəfə qələbə qazanıb. 38 xalla turnir cədvəlində ikinci sırada yer alan “atlılar” bu gün azı heç-heçə etsə, liderliyə yüksələcək. Ehtiyatda daha bir oyunu olan “Qarabağ” bu görüşdən üç gün sonra “Şamaxı”nı qəbul edəcək.

“Sumqayıt” isə Vaqif Cavadovun baş məşqçi postuna gətirilməsindən sonra yüksəlişdədir. “Kimyaçılar” çempionatda son 5 matçda 3 qələbə qazanıb və 19 xalla turnir cədvəlinin 6-cı sırasında qərarlaşıb.

Komandalar arasında baş tutan son 10 oyunda “Qarabağ” 9, “Sumqayıt” 1 qələbə qazanıb. Bu mövsümün birinci dövrəsində keçirilən görüş isə “atlılar”ın minimal hesablı (1:0) üstünlüyü ilə yekunlaşıb. “Sumqayıt” sonuncu dəfə 2023-cü ilin mayında “Qarabağ”a səfərdə qalib gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyunu bu gün saat 19:00-da start götürəcək.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Premyer liqa “Qarabağ” üçün liderlik oyunu – YENİLƏNİR

16 Dekabr 2024, 8:01

Əsas xəbərlər, Manşet, Premyer liqa “Neftçi” qələbə axtarışında, Zirədə avrokubok mübarizəsi

14 Dekabr 2024, 10:26

Əsas xəbərlər, Ölkə futbolu Sloveniya klubunun rəsmiləri “Qarabağ”ın qonağı oldu

14 Dekabr 2024, 9:55

Əsas xəbərlər, Ölkə futbolu Hilyemark: “Qələbə qazanmasaydıq, şanslarımız xeyli azalacaqdı”

13 Dekabr 2024, 8:24

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Vacib oyunda itirilən xallar

13 Dekabr 2024, 8:01

Əsas xəbərlər, Ölkə futbolu Qurban Qurbanov: “Pozitiv düşünərək, önə baxmalıyıq”

13 Dekabr 2024, 2:42

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью