Tusk Makrona söz atdı: Donaldlarla əl sıxışmaq... Video

13.12.2024

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Donaldlarla əl sıxışma məsələsində adətən müəyyən çətinliklər yaranır.

Axar.az xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Donalds Tusk X-də Makronla əl görüşməsi haqda zarafatla qeyd edib.

O, Makronla görüşünü əks etdirən görüntünü də paylaşıb.

Məlum olduğu kimi, 2018-ci ildə Makron Parisdə keçirilən görüş zamanı ABŞ-ın sabiq prezidenti Donald Trampın əlini möhkəm sıxmış, bu da medianın diqqətini cəlb etmişdi. 2017-ci ildə isə Bastiliyanın alınması günü tədbirində Makron Trampın əlini yarım dəqiqəyə yaxın sıxmış və bu hadisə KİV-də geniş müzakirələrə səbəb olmuşdu. Hətta Trampın əlinin sıxışmadan ağardığı qeyd edilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью