Tusk NATO müttəfiqlərinə alyansın mahiyyətini xatırladıb

29.11.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Polşa Baş naziri Donald Tusk NATO müttəfiqlərini alyansın SSRİ və Rusiya təcavüzünə qarşı müqavimət göstərmək üçün yaradıldığını xatırlamağa çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş nazir "X" sosial şəbəkə hesabında yazıb.

"Müttəfiqlərimizə xatırlatmaq istəyirəm ki, NATO Qərbi Sovet təcavüzündən, yəni Rusiyadan qorumaq üçün yaradılıb. Və onun təməli eqoist maraqlar deyil, həmrəylik olub. Ümid edirəm ki, heç nə dəyişməyib", - deyə Tusk qeyd edib.

Əvvəlki gün Polşa Baş naziri Macarıstan Baş naziri Viktor Orbanın Moskvaya səfərinə və Kremldə Rusiya lideri Vladimir Putinlə görüşünə, eləcə də ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Stiven Vitkov tərəfindən hazırlanmış Ukrayna üçün sülh planına həssaslıqla reaksiya verib.

Tusk bu hadisələri, eləcə də Andrey Yermakın Vladimir Zelenskinin ofisinin rəhbəri vəzifəsindən istefasını "ölümcül kombinasiya" adlandırıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью