Tusk: Ukrayna ayda 27 min hərbçi itirir

19.09.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Tusk: Ukrayna ayda 27 min hərbçi itirirUkraynanın son dövrlərdə aylıq hərbi itkiləri 27 min nəfərə çatıb.

Modern.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Kiyevdən alınan məlumatlara istinadən bildirib.

Onun sözlərinə görə, Rusiyanın yeni hərbi strategiyası və reaktiv mühərrikli pilotsuz uçuş aparatları da daxil olmaqla, yeni texniki imkanları Ukrayna tərəfinin daha böyük itkilər verməsinə səbəb olur.

“Son dövrlərdə hər ay ölən və yaralananların sayı 27 min nəfər təşkil edir. Təəssüf ki, bu, müharibə dövrünün rekord göstəricisidir. Bu tendensiya davam edərsə, Ukraynada qış həqiqətən fəlakətli xarakter ala bilər”, – Tusk vurğulayıb.

Polşanın Baş naziri bundan əvvəl də Rusiyanın Ukraynanın infrastrukturu, logistika imkanları və iqtisadiyyatına qarşı hücumlarını gücləndirə biləcəyi barədə xəbərdarlıq etmişdi. O, reaktiv mühərrikli dronların aşkarlanmasının daha çətin olduğunu qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью