Tuskdan Ukraynaya mesaj: Aİ yolunda heç bir güzəşt olmayacaq

09.06.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Polşa Ukraynanın Avropa İttifaqına inteqrasiyasını dəstəkləməyə davam edəcək, lakin Kiyev üzvlük prosesində heç bir xüsusi güzəşt əldə etməyəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Donald Tusk Varşavada keçirdiyi mətbuat konfransında bildirib.

Tusk qeyd edib ki, Polşa Ukraynanın Avropa perspektivinə dəstəyini dəyişməyəcək. Onun sözlərinə görə, Kiyev Aİ-yə üzv olmaq üçün digər namizəd ölkələr kimi bütün tələb və meyarlara cavab verməlidir.

“Bizim tərəfimizdən heç bir güzəşt olmayacaq. Polşa Ukraynanı Avropaya gedən yolda yalnız Avropa standartlarına uyğun, təhlükəsiz və Polşanın maraqlarına cavab verən şərtlər çərçivəsində dəstəkləyəcək”, – deyə Baş nazir vurğulayıb.

O əlavə edib ki, Ukraynanın Avropa İttifaqına inteqrasiyası prosesi ümumi qaydalara uyğun şəkildə həyata keçirilməlidir və bu məsələdə istisnalara yer verilməyəcək.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью