Tüstü zəngi: Salyan məktəbində 18 nəfəri ayağa qaldıran an | Icma.az
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dekabrın 5-i 2025-ci il tarixində Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbində təhsil alan şagirdlər və məktəb əməkdaşlarının pelet sobasından yayılan tüstüyə görə zəhərlənmə halları qeydə alınıb.
Bildirilir ki, sobanın tıxanması səbəbindən binaya tüstü yayılıb və nəticədə 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Kənd məktəbində pelet sobasından yayılan tüstünün 10-larla uşağı və məktəb əməkdaşını xəstəxanalıq edəcək qədər təhlükəli olması, yalnız təəssüf doğurmur, həm də dərin narahatlıq yaradır.
Belə hadisələrin davamlı təkrarlanması, birbaşa olaraq dövlət-təhsil orqanlarının, bələdiyyələrin və ya müvafiq struktur vətəndaşlarının məsuliyyətsizliyini göstərir.
İlk növbədə, istilik sistemləri, sobalar, bacalar, ventilasiya mütəmadi yoxlanılmalı, təmiz saxlanılmalı və standartlara uyğun qurulmalıdır.
Nəticədə, pelet sobasının tıxanması kimi sadə texniki nasazlıq belə kütləvi zəhərlənməyə səbəb ola bilər.
Kənd təhsil müəssisələrində mövsümə hazırlıq, yanğın və tüstü təhlükəsizliyi, sobaların yoxlanılması kimi məsələlər sadə, lakin həyati önəmli tədbirlərdir.
Tam oxu
Xəbəri oxu