Tüstüdən zəhərlənən adamların 20 si evə buraxıldı

22.11.2025

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yasamalda yerləşən çoxmərtəbəli binada yanğından zəhərlənən 27 nəfərdən 20-si evə buraxılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənmiş 27 nəfərin 13-ü kişi və 7-si qadın olub.

Hazırda daha 7 nəfərin (5 qadın, 2 kişi) müalicəsi Toksikologiya şöbəsində davam edir. Xəstələrdən 6-sının vəziyyəti orta ağır, 1 azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər həyatını itirib.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью