Tutulan narkotiklərin çəkisi 24,1 kiloqram olub

18.02.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 17-də ümumi çəkisi 24,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 9 kiloqrama yaxın heroin, 11,7 kiloqrama yaxın marixuana və 3,4 kiloqramdan çox metamfetamindən ibarət olub. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.   

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью