Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. "Tütün məmulatlarının istifadəsi dünya miqyasında sağlamlığa ciddi təhlükələr yaradar
Bu səbəbə görə də əksər ölkələr əhalinin sağlamlığını qorumaq və tütün istifadəsinin qarşısını almaq üçün müxtəlif qanunvericilik və məhdudl
Düzdür, hazırda tütün məmulatlarından təkcə zərərli məqsədlər üçün istifadə olunmur.
Məsələn, onlardan tibbi və farmakoloji, tədqiqat məqsədləri ilə, eləcə də ətriyyat və kimya sənayesində də faydalanılır.
Lakin onun insan sağlamlığı və ətraf mühit üçün ciddi zərərləri olduğundan buna dair müəyyən məhdudiyyətlər və qadağalar mövcuddur" Bu sözləri Moderator.az-a açıqlamasında hüquqşünas Yunis Xəlilov bildirib.
"Dünya təcrübəsinə nəzər saldıqda görmək olar ki, məsələn, 2004-cü ildən etibarən Butan dövləti sevindirici haldır ki, siqaretin idxalını, satışını və istifadəsini tamamilə qadağan edib.
Bu qərar ölkədə əhalisinin sağlamlığını qorumaq və siqaretin zərərlərindən uzaq tutmaq məqsədini güdür.
Böyük Britaniyada 2007-ci ildə siqaretin ictimai yerlərdə çəkilməsi qadağan edilmiş, nəticədə bu qərar xüsusilə restoranlar, barlar və ofislərdə siqaret istifadəsinin azalmasına gətirib çıxarmışdır.